Çavuşoğlunun lənkəranlı Mirzə baba barədə sözləri hamını duyğulandırdı

  • Siyasət
  • 16 Mart 2023
641353e9571a4202303233745
  • Oxunub: 255

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında lənkəranlı Mirzə Babadan danışıb.

Kanal.az xəbər verir ki, nazir bildirib ki, Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babanı unutmayıblar. Çavuşoğlu həmçinin Türkiyədəki zəlzələnin nəticələrinin aradan qaldırılmasında verdikləri dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.

Xatırladaq ki, 87 yaşlı Lənkəran sakin Mirzə Səfərov pensiyasının bir hissəsini Türkiyədə zəlzələdən zərərçəkən ailələrə ianə edib.

Oxşar xəbərlər