Çavuşoğludan Ukraynaya satılan PUA-larla bağlı - Açıqlama
Siyasət
21.04.2021 03:18
275

Çavuşoğludan Ukraynaya satılan PUA-larla bağlı - Açıqlama

Loading...

“Krım məsələsində Rusiya bizim həssaslığımızı bilir. Bu ilhaqı tanımayacağımızı söylədik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk”ə müsahibəsində deyib.

Nazir bildirib ki, Qara dənizdə gərginlik yaşayan iki ölkə ilə əlaqələri yaxşıdır:

“Hər iki ölkəyə də eyni şeyi dedik. Bir qarşıdurma Qara dənizdə böyük risklər doğura bilər. Minsk sazişinə əməl edin, qarşıdurma ilə problem həll etmək olmaz deyirik”.

M.Çavuşoğlu Ukrayna Prezidenti Vladimir Zelenskinin ziyarəti məsələsinə də toxunub:

“Bunları dost kimi izah etdik. Türkiyənin Ukraynaya PUA satması məsələsi… Bəli, tələb olanda biz satırıq. Türkiyədə müdafiə sənayesi vasitələrinin bir üstünlüyü var. Üçüncü ölkəyə satma, istifadə məsələlərində ön şərtlərimiz yoxdur.

Rusiya rejimə verdi, bizim əleyhimizə istifadə etdi. Hər kəs hər kəsə müdafiə sənayesi vasitələri verə bilər. Bu gün Rusiyada bizim müdafiə sənayesi vasitələrimizə ehtiyac olarsa, onlarla da müzakirə edərik”.

Loading...
close
close