63205d1c98af1202209223612

Çavuşoğludan Ermənistana XƏBƏRDARLIQ - Təxribat olacaqsa Azərbaycan cavabınızı verəcək

“Ermənistan təxribatlarını davam etdirir.Təbii ki, Azərbaycanın buna cavab verməməsi mümkün deyil”.

Kanal.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə deyib. O bildirib ki, davamlı sülhü təmin etmək üçün Ermənistan təxribatlarını dayandırmalıdır.

Çavuşoğlu Ermənistanı işbirliyi üçün səmimi davranışlar sərgiləməyə çağırıb. "Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar regionda vəziyyətin nə qədər kövrək olduğunu göstərir. Şəhid olan azərbaycanlı qardaşlarımıza başsağlığı veririk” - Çavuşoğlu deyib.