Çavuşoğlu Lavrovla sərhədi müzakirə etdi - AÇIQLAMA

  • Gündəm
  • 08 İyun 2022 12:52
  • Oxunub: 135

Sergey Lavrovla görüşümüz məhsuldar keçdi.

Kanal.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ankarada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən dərhal sonra mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Lavrovla Ukraynadakı vəziyyəti və regional məsələləri müzakirə edib.

Çavuşoğlu bildirib ki, Ankara Rusiya, Ukrayna, Türkiyə və BMT arasında limanlardan taxıl ixracına dair görüş təşkil etməyə hazırdır.

Türkiyə XİN başçısı Lavrovla Suriyadakı vəziyyət barədə fikir mübadiləsi apardıqlarını, “Qafqazda “3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdiklərini bildirib:

"Bu mövzularda Rusiyanın verdiyi dəstəyə görə təşəkkür edirəm. Xüsusilə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük".

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...