62f0d2d67c1d7202208220942

Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi: Bundan sonra Azərbaycana qarşı...

“Qarabağ işğal altında olduğu zaman Türkiyə düzgün olanın, haqqın tərəfində idi. Döyüşlər başlayarkən Türkiyə Azərbaycan əsgərini dəstəklədi”.

Kanal.az xəbər verir ki, bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Türkiyə müharibə bitdikdən sonra sülh prosesi, Qarabağın yenidən qurulmasını dəstəkləyir. Nazir Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb.