“Cahil düşüncələrinizi bizə sırımayın” - Bloger Əməkdar artistə ÜSYAN ETDİ
Bloger Günel Rəhimova (gunnerahim) Əməkdar artist Elnarə Abdullayevanın xəyanətlə bağlı çıxışını tənqid edib.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşıb. Günel xanəndənin “Kişi gəzib gələndə qadın mehriban olmalıdır” fikrinə qarşı çıxıb:
“Ölkəmizdəki savadsızlıq fəlakəti isə bizi yıxır. Niyə hər efirə çıxan filosof olur? Əxlaq tərbiyəsi keçir? Bilib bilmədən boş-boş danışır? Qadın heç nəyə məcbur deyil, cahil düşüncələrinizi bizə sırımayın. Boş-boş danışmaqdansa, bir az maariflənin, dil öyrənin, biliyinizi artırın. Özünüzə hörmət edin, heç kimdən asılı olmayın, güclü olmaq dözmək deyil. Öz gücünə inanmaqdı, inkişaf etməkdi, seçim edə bilməkdi”.
Qeyd edək ki, Əməkdar artist “Düzünə qalsa” verilişində “Qadın nə etməlidir ki, kişi ona xəyanət etməsin? Qadın o qədər səmimi, mehriban olacaq ki! Kişi bir neçə dəfə getdi, gəzdi gəldi, evə gələndə qadın o qədər mehriban olacaq və kişi evə bağlanacaq. Dəfələrlə demişəm, gedən kişini heç kim saxlaya bilməz”, - deyə, bildirmişdi.
- Şou biznes
- 04 Mart 2024