6336939533236202209225829

"Bütün torpaqlar azad olunmasa, heç bir kompromis olamayacaq" - Zelenski

Prezident Vladimir Zelenski deyir ki, Ukrayna Rusiya Federasiyasının zəbt etdiyi bütün torpaqlarını qaytarmalıdır, bu məsələdə güzəştə getmək olmaz. Əks halda, Rusiya yenidən işğal hərəkətlərini davam etdirəcək.

Kanal.az xəbər verir ki, dövlət başçısı bunu Harvardın tələbə və müəllim kollektivi ilə söhbəti zamanı deyib.

Prezident Vladimir Zelenski Ukraynanın qələbəsini necə gördüyünü söyləyib.

"Ərazi bütövlüyümüzün bərpası. Bütün sərhədlərimizin qaytarılması. Torpaqlarımızın qaytarılması. Bu, təkcə ona görə deyil ki, bu bizim torpağımızdır və bu, ədalətli və dürüstdür. Bu həm də ona görə lazımdır ki, torpağımızı qaytardığımızı, müharibənin bitdiyinı, buranın müstəqil siyasət yürünən, xalını qoruya bilən dövlətlərin olduğu dünyanın anlayışını aydın başa düşsünlər.

Əgər belə bir anlayışı qəbul etmirlərsə və bir şey həmişə sual işarəsi altında qalacaqsa, ölkənin hasısa bir hissəsi işğaldan azad edilməyəcəksə və bu hissə bir növ kompromis üçün motiv olacaqsa, o zaman inanın mənə, əgər başqası şübhə edərsə, mən onu inandıra bilərəm ki, Rusiya özünü toplayıb yenə də torpaqlarımızın işğalına qalxacaq. Onlar təkcə bizim ölkənin ərazisi ilə kifayətlənmə də bilərlər”,- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiyanın təcavüzünə görə yüksək təzminat ödəməli olduğunu göstərmək çox vacibdir. “Biz özümüzə məxsus olanı – torpağımızı qaytarmalıyıq. Təəssüf ki, ölən insanlarımızı, qəhrəmanlarımızı qaytara bilməyəcəyik, amma ədaləti mütləq bərpa edə bilərik. Ədalət öz torpağını, vətənini qaytarmaqdan başlayır”, - deyə dövlət başçısı vurğulayıb.