6328a3ee1a816202209221630

“Bunu bacara bilən yeganə lider Ərdoğandır” – Dünya belə lider görməyib

"Prezident Ərdoğanın Nyu-York gündəmi olduqca sıxdır. Təkcə BMT Baş Assambleyasının sammitinə qatılmayacaq, amerikalı jurnalistlər, Qərb liderləri, beyin mərkəzləri, iş adamları və tələbələr də daxil olmaqla bir çox seqment və şəxslərlə görüşəcək”.

Kanal.az xəbər verir ki, bunu “Haber 7”nin köşə yazarı Həsən Öztürk deyib.

Onun sözlərinə görə, Ərdoğan hazırda həm Qərb, həm də Şərq liderləri ilə görüşə bilən yeganə dövlət başçısıdır:

“İki gün əvvəl Səmərqənddə Rusiya prezidenti Putindən Çin lideri Cinpinə qədər asiyalı liderlərlə görüşən Ərdoğan iki gün sonra Nyu-Yorkda Avstriya prezidenti Van der Bellendən İngiltərənin yeni Baş nazir Trassa qədər bir çox Qərb lideri ilə bir araya gələcək. Görüşdüyü hər liderlə bir göz məsafəsində münasibət quran Ərdoğan Türkiyənin çoxqütblü dünyada mərkəz ölkə olması üçün böyük səy göstərir.

2022-ci ilin iyun ayının son günlərində Madriddə keçirilən NATO sammitində “türk rüzgarı” əsdi. Bu, iki gün əvvəl Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvəsində təkrarlandı. İndi BMT-nin sammitində də eyni atmosferi gözləyirik.

Ərdoğan liderliyindəki Türkiyə bütün həmsöhbətlərindən təqdir alır. Hətta Ərdoğanı sevməyən liderlər də bunu etiraf edirlər. Türkiyənin Ukrayna böhranındakı təşəbbüsləri hər kəsi heyrətə gətirdi. Dünyanın ən çox əcnəbiyə ev sahibliyi edən Türkiyə həmsöhbətləri tərəfindən maraqla qarşılanır. Türkiyə modeli istehsal iqtisadiyyatı maraqla izlənilir.

Türkiyənin Şərqlə Qərb arasında balanslaşdırılmış xarici siyasəti “Türk oxu” kimi formalaşıb. Bu çərçivədə Türkiyənin addımları beynəlxalq arenada da yaxından izlənilir”.

Öztürkə görə, dünya yenidən qurulur və Türkiyə formalaşan yeni nizamda yerini günbəgün möhkəmləndirir: “Birqütblü dünyadan çoxqütblü dünyaya keçərkən, “Türk oxu” bütün güclər tərəfindən istəsələr də, istəməsələr də qəbul edilir”. (teleqraf.com)