Buna görə Güneldən yenidən pul alıb
38 qızdırma ilə o şouya getmişdim. 1998-ci ildə ilk dəfə "İbi şou"ya çıxanda qızılca idim. Bu dəfə də mənə zəng edəndə dedim ki, hər dəfə xəstə gəlməliyəm? cavab verdi ki, sənə iynə vurduracaöam, gəlməlisən. Həqiqətən də kulisdə mənə sistem qoşmuşdular".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova "Özəl" proqramında deyib. Sənətçi İbrahim Tatlısəsin proqramına çıxarkən orada yaşadıqlarından danışıb. Günel bildirib ki, şouya çıxarkən 38 qızdırmada olub.
İfaçı məşhur "Didem" mahnısından danışıb. O bildirib ki, mahnını yeni versiyada hazırlayıb:
"Düşündüm ki, arxadan uşaq səsi gəlir və mən də oxuyuram. Dedim, mahnını yenidən oxuyum. Müəllif Ömər bəyə zəng etdim və mahnını yenidən aldım. Olsun, bir az ödəniş etdim. mahnını bir dəfə almısan deyə, həmişə oxuyacaqsan deyə bir şey yoxdur. Yenidən aldım və təkrardan oxudum. Ömər bəy Didemi bir qıza yazıb. Sevdiyi bir qıza həsr edib. İbrahim abi (müğənni İbrahim tatlısəs - red.) illər əvvəl mahnını görüb və deyib ki, bizim qız oxuyacaq. Bu yaxınlarda Bakıya gələndə dedi ki, "Didem"lə 1 milyon satdın, sənin məndə çox haqqın var. Halbuki İbrahim bəyin məndə haqqı var. Dedim ki, haqqım sizə sonsuza qədər halal olsun".
- Şou biznes
- 21 May 2024