Bulvarda "Aysel" deyə bağıran gənclə bağlı qərar verildi - VİDEO
Sosial şəbəkələrdə Dənizkənarı Milli Park ərazisində gənc oğlanın qışqıraraq qeyri-adekvat hərəkətlər etdiyini əks etdirən görüntülər yayılıb.
Həmin şəxs aqressiv şəkildə qışqıraraq kənddən gəldiyini, sevdiyi qızı axtardığını deyib.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo"ya bildirib ki, gəncin şəxsiyyəti müəyyən edilib:
“İyunun 4-ü və 5-də Dənizkənarı Milli Park ərazisində uca səslə nalayiq ifadələr işlədən şəxslə bağlı vətəndaş müraciətləri daxil olub. Sağlamlıq vəziyyəti nəzərə alınaraq 1997-ci il təvəllüdlü M.Abbasov 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib, hazırda onun müalicəsi davam etdirilir”.
- Şou biznes
- 13 İyun 2023