Bu tarixdə rus ordusu tükənəcək - ABŞ generalı

  • Dünya
  • 13 İyun 2022 09:31
  • Oxunub: 143

Ukraynaya qarşı müharibə zamanı Rusiya ordusu artıq hücum potensialını itirib.

Kanal.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hoces deyib.

"Problemlərə baxmayaraq, rusların artilleriya və MLRS-də üstünlüyü hələ də var. Lakin fikrimcə, bu, onların (Rusiya ordusunun - red.) son hücum atışları ola bilər. Onlar artıq irəliləməyə davam edə bilmirlər. Əsgərləri tükənib, maddi-texniki təminatı pozulub", - o bildirib.

Hoces qeyd edib ki, avqustun sonuna qədər, bəlkə də ondan da əvvəl Rusiya silahlı qüvvələri artilleriyadan atəş açmaqdan başqa heç nəyə qadir olmayacaq.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...