64b3e01ed8826202307231838

"Bu satqına baxın, erməniləri ələ salır" - Paşinyanın gülüşü başına bəla oldu / FOTO

“Bu satqının sevincinə baxın. AB Şurası rəhbəri Şarl Mişelə Arayik Arutyunyanın məktubunu verir. Üzünə diqqət yetirin – həzz alır”.

Kanal.az xəbər verir ki, bu barədə erməni politoloq Qrant Melik-Şahnazaryan facebook səhifəsində paylaşım edib.

O, səhifəsində Nikol Paşinyanla Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında ötən gün baş tutan görüşdən foto dərc edib və yazıb:

“Xankəndidə mitinqlərə çıxan soydaşlarımızın, bacı-qardaşlarımızın, onların övladlarının üzünü yadınıza salın və bu satqının sevincinə baxın…Görünür, onlar məktubu təhvil verərkən Arayik Arutyunyanı, eləcə də aclıqdan əziyyət çəkən soydaşlarımızı ələ salıblar” – deyə Şahnazaryan bildirib.

Xatırladaq ki, ötən gün AB Şurası rəhbəri Şarl Mişellə görüşən Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı erməni separatçı-terrorçularının rəhbəri Araik Arutyunyanın məktubunu ona təqdim edib.

Günel Mikayılova,

KONKRET.az