63e0bbd93bd84202302233537

Bu məşhurlardan üzücü xəbər: Dağıntılar altında qalıblar - FOTOLAR

Episentri Qəhrəmanmaraş vilayətində yerləşən 7,4 bal gücündəki zəlzələdən Türkiyənin 10 vilayəti ciddi zərər çəkib.

Kanal.az xəbər verir ki, zərərçəkənlər arasında bir sıra tanınmış şəxslər və onların ailə üzvləri də var. Hakim Ədalət və İnkişaf Partiyasının Hatayı üzrə deputatı Hüseyn Yaymanın ailəsi dağıntılar altında qalıb.

"İki qardaşım, bacım və onların həyat yoldaşları, uşaqları dağıntıların altındadır", - deyə deputat məlumat yayıb.

Hüseyn Yayman

Məlumata görə, “Yeni Malatyaspor” qapıçısı Ahmet Eyüp də dağıntılar altında qalıb. 28 yaşlı qapıçının xilas edilməsi üçün axtarışlar davam edir. Onun həyat yoldaşı isə dağıntılar altından çıxarılıb.

Ahmet Eyüp

Aktrisa Başak Gümülcinelioğlu Hatay vilayətində yaşayan anasından zəlzələdən sonra xəbər ala bilmədiyini deyib.

Başak Gümülcinelioğlu

Aktrisa Melisa Aslı Pamukun da anasının və xalasının dağıntılar altında qaldığı bildirilir.

Melisa Aslı Pamuk

“Hatayspor”un baş məşqçisi, keçmiş futbolçu Volkan Demirel və həyat yoldaşı Zeyneb Sever Demirel də sosial media hesabından çağırış edərək, qohumlarından xəbər ala bilmədiklərini yazıblar.

Volkan Demirel və həyat yoldaşı Zeyneb Sever Demirel

Qeyd edək ki, episentri Qəhrəmanmaraş vilayətində yerləşən 7,4 bal gücündəki zəlzələ Livan, Misir, İraq, Suriya və Kiprdə də hiss edilib. Türkiyədə 7 vilayətdə fəsadlar törədən zəlzələ nəticəsində azı 284 nəfər həyatını itirib. 2323 yaralı var. Suriyanın şimalında isə 240-ə qədər insan həyatını itirib. 600 yaralı var. / Metbuat..az