66d7344b175f7202409240739

Bu mağaza məhsulların yararlılıq müddətini saxtalaşdırırmış - FOTOlar

Bakıda mağaza məhsulların yararlılıq müddətini saxtalaşdırırmış.

AQTA-dan Milli.Az-a bildirilib ki, tədbirlər çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 70, 72 m. blok 7 ünvanında fəaliyyət göstərən "Unityfood LTD" MMC-yə məxsus ticarət obyektində, eləcə də ticarət obyektinin anbarında Agentlik əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı idxalçı müəssisənin qida məhsulları üzərində bəyan edilən yararlılıq müddətini saxtalaşdırdığı müəyyən edilib.

Belə ki, yararlılıq müddəti bitmiş məhsulların üzərindəki tarixlər silinərək, bəzi qablaşdırmalarda isə həmin hissənin kəsilib götürülərək üzərinə yeni istehsal tarixi və yararlılıq müddəti qeyd olunan stikerlərin yapışdırıldığı və ya xüsusi avadanlıqla yeni tarix qeyd olunaraq satışa təqdim edildiyi məlum olub.