Bu istiqamətdə rus ordusu xeyli itki verdi - Ukrayna SQ

  • Dünya
  • 08 İyun 2022 21:36
  • Oxunub: 142

Ukrayna əsgərləri Lisiçansk-Baxmut magistralının Berestovoe kəndi yaxınlığında rus qoşunlarına ağır zərbələr vurublar.

Kanal.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Severodonetsk istiqamətində ruslar Privolye, Severodonetsk, Lisiçansk, Voronovo, Toşkovka, Qornoye yaşayış məntəqələrinin ərazilərində mülki infrastrukturu atəşə tutublar.

Slavyansk istiqamətində Ukrayna Silahlı Qüvvələri düşmənin hücum cəhdlərinin qarşısını alır. Ruslar Slavyanskda hava hücumu təşkil edib.

Baxmut istiqamətində düşmən Kamışevax, Vrubovka, Nikolayevka, Semiqorye və Nyu York yaşayış məntəqələrinin ərazilərini artilleriyadan atəşə tutub.

Berestovoye yaxınlığındakı hücumu zamanı rusların xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlər davam edir.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...