644a28645a9a3202304234644

Bu, hələ başlanğıcdır, Azərbaycana qibtə edirik - Ukraynadan dəstək

Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç özünün "Facebook" səhifəsində Azərbaycanın Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurumasını şərh edib.

O, bunun hələ başlanğıc olduğunu bildirib.

"İki il yarım əvvəl atəşkəsdən sonra azərbaycanlıların çoxu “... yetərincə almadılar” deyəndə mən bildirdim: Bu, hələ başlanğıcdır. Hər şey sizin olacaq. Qarşınızda duran vəzifələri həll etmək üçün beş il lazım olacaq və bu beş il artıq planlaşdırılıb", - Arestoviç deyib.

O vurğulayıb ki, Azərbaycan rəhbərliyi bir daha  uzunmüddətli parlaq oyun nümayiş etdirir: "Buna ancaq qibtə etmək olar”.   /modern.az/