64358d2f53521202304233911

Bu gün şəhid olan hərbçimizin FOTOSU

Azərbaycan Ordusunun üç hərbçisi şəhid olub.

Bu barədə Kanal.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

 "Defence Talks" feysbuk kanalı bu gün şəhid olan hərbçimiz, Sumqayıt sakini, gizir Zalov Vidadinin fotosunu yayıb.