6200c08779877_mubariz_ibrahimov

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.

Kanal.az xatırladır ki, Azərbaycan qəhrəmanlıq tarixində yeni bir səhifə açmış Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə yollanıb.

Məhz burada xidmətə başlamaq Mübarizə öz arzusunu həyata keçirməyə zəmin yaradıb. 2010-cu il iyunun 18-də gecə saat 23 radələrinə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, müxtəlif təxribatlar törədən Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib. O qısa zaman ərzində düşmənin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, 5 saat döyüşüb. Ermənistan ordusu çox çətinliklə, yalnız səhər saatlarında Mübariz İbrahimovun qarşısını ala bilib.

Bir azərbaycanlının təkbaşına bir neçə bölüyə qarşı mübarizə aparması və onları məhv etməsi Ermənistan ictimaiyyətini və rəhbərliyini şoka saldı.

Qəhrəman şəhidimizin atası Ağakərim İbrahimov o günü belə xatırlayır:

“Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar”.

Mübarizin nəşini ermənilərdən düz 141 gün sonra - 2010-cu il noyabrın 6-da almaq mümkün oldu.

Onun bu addımı düşmənə sarsıdıcı zərbə vurmaqla yanaşı, Ordumuz və xalqımızda ruh yüksəkliyi yaratdı, Azərbaycan hərbçisinin özünəinam hissini qaytardı. Biz bunun nəticəsini 2016-cı ilin Aprel döyüşlərində və Vətən mühribəsində gördük.

M.İbrahimovun qəhrəmanlığı dövlət səviyyəsində də qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra Milli Qəhrəman adı verilib.