665d4d11cb809202406245649

Bu gün Bakı metrosunda həlak olan şəxs görün kim imiş – Nazirliyin…

Bakı metrosunun “28 May” stansiyasında qatar yoluna düşərək həlak olan sərnişin nazirliyin sabiq əməkdaşı olub.


Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb və bir neçə ildir ki, təqaüdə çıxıb.


Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.