Bu ərazilərə güclü qar yağmağa başladı – VİDEO+FOTOLAR

  • Gündəm
  • 27 Dekabr 2025
69502bdbc0e15202512255627

Ötən gündən başlayaraq respublikamızın bir sıra bölgələrinə qar yağmaqda davam edir.

AZ24.az xəbər verir ki, hazırda Gədəbəy rayonunun Qoşabulaq kəndinə şiddətli qar yağır. Qarın qalınlığı 15 santmetrə çatıb.

Rayon mərkəzi ilə kəndi birləşdirən avtomobil yolunda hərəkətin təminatı isiqamətində işlər davam etdirilir.

Gədəbəylə yanaşı Tovuz, Qazax rayonlarının ucqar kəndlərində də qar yağır. (teleqraf)

***

Göygöl rayonunda axşam saatlarından etibarən yağan yağış qara çevrilib.

AZ24.az APA-ya istinadən xəbər verir ki, güclü qar səbəbindən Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Yolda hərəkət qismən təmin olunur, lakin bəzi avtomobillər yolda qalıb.

Qeyd edək ki, hazırda Daşkəsən, Gədəbəy və Qərb bölgəsinin ucqar rayonlarında güclü qar yağır.

Oxşar xəbərlər