"Avroviziya 2011" qalibi Nigar Camalın qızı Səidənin ad günüdür.
Kanal.az xəbər verir ki, müğənni bununla bağlı paylaşım edib.
O, övladının görüntüsünü yayımlayaraq "Mənim parlaq, cəsur, güclü xarakterə və mərhəmətli bir ürəyə sahib, əsl əqrəb qızım. Ana səni çox sevir" sözlərini yazıb.
Qeyd edək ki, Nigarın Jasmin adlı daha bir qız övladı var. O, Səidə ilə bağlı çox nadir hallarda paylaşımlar edir. Nigarın övladları Londonda yaşayır. (axsam.az)