630f63a5beb2c202208223533

Brüsseldəki bu şəkil erməniləri TƏŞVİŞƏ SALDI - FOTO

Bu gün Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş keçirilir. Görüş Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunub.

Kanal.az-ın məlumatına görə, görüşdən əvvəl Prezident ilham Əliyev və Nikol Paşinyanın fotosu erməni seqmentində təşviş yaradıb.Ermənilər yazırlar ki, Baş nazir Nikol Paşinyanın Azərbaycan lideri qarşısında aciz durumdadır.

Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan isə feysbuk hesabında Paşinyanın artıq məğlub olduğunu yazıb:

"Artıq fotolardan hər şey aydındır. Bədən dili bu barədə hər şeyi deyir. Axşam növbəti məğlubiyyət mesajını gözləyək", deuə o qeyd edib.