Brüssel görüşü sonrası: ATƏT-in sədri İrəvana getdi, Rusiya hərəkətə keçdi...

  • Siyasət
  • 24 May 2022 12:30
  • Oxunub: 1808

22 mayda Brüsseldə AB Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan 3-cü görüş və əldə edilən nəticələr, görüşdən dərhal sonra hər iki tərəfin sərhədlərin delimitasiyası üzrə komissiya yaratması, nəqliyyat dəhlizlərinin açılacağı ilə bağlı rəsmi İrəvanın ən yüksək səviyyədə bəyanat verməsi müəyyən qüvvələrin prosesi pozmaq üçün hərəkətə keçməsinə səbəb olub.

Kanal.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məhz bu məqamda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçik İrəvana gəlməsinə diqqət çəkib. O bildirib ki, Kasprşikin indiki vaxtda, uzun fasilədən sonra İrəvana gələrək, görüşlər keçirməsi və xüsusilə kommunikasiya xətlərinin açılmasını müzakirə etməsinin heç bir siyasi məntiqi yoxdur:

“Kasprşikin və ümumiyyətlə, ATƏT-in bu mövzuya nə aidiyyəti var? Hazırda proses Avropa Birliyinin nəzarəti altında davam edir, ATƏT prosesdən kənardır. ATƏT-in Minsk Qrupu artıq yoxdur, de-fakto və de-yure fəaliyyətini başa vurub. Rusiya da rəsmi olaraq artıq bu qurumun fəaliyyətini dayandırdığını elan edib, həmsədrlik institutu ləğv edilib. Minsk Qrupu yoxdursa, həmsədrlər İkinci Qarabağ müharibəsindən sonra və Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda birgə fəaliyyətin mənasız olduğunu açıqlayırsa, ATƏT adından istifadə edən polşalı diplomat Kasprçikin İrəvanda nə işi var?”

Politoloq eyni zamanda Rusiya mediasının Brüssel görüşünə qarşı antitəbliğat aparmasının da təsadüfü olmadığını qeyd edib:

“Rusiya mediası Ermənistanın radikal müxalifət təmsilçilərinə və Paşinyana müxalif olan olan ekseprtlərə istinad edərək, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin təşkil etdiyi görüşü və əldə edilən razılaşmaları aşağılamağa çalışır”.

E.Şahinoğlu iddia edib ki, Brüsseldə növbəti görüşə - avqust ayına qədər Rusiya Ermənistandakı əlaltıları vasitəsilə prosesi pozmağa çalışacaq.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...