Böyük Çin səddində uçqun baş verdi
Ötən günlərdə Çində baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində Böyük Çin səddinin 2 metrlik hissəsində uçqun baş verib.
Kanal.az xəbər verir ki, bu barədə “Qlobal Tayms” məlumat yayıb.
“Qansu əyalətinin Şandan dairəsində Böyük Çin səddinin iki metrilk hissəsi uçub”, – deyə bildirilib.
Zəlzələdən sonra müvafiq orqanların əməkdaşları tarixi abidənin çökən hissəsinə baxış keçirib. Mütəxəssislər dərhal abidənin bərpası ilə bağlı tədbirlərə başlayıblar.
Məlumata görə, həmin hissə Min sülaləsi (1368-1644-cü illər) dövründə inşa edilib.
- Dünya
- 10 Yanvar 2022