Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilovun atmacalı sözləri marağa səbəb olub.
Kanal.az xəbər verir ki, 3 dəfə ailə qurub boşanan hazırda isə yeni evliliyə hazırlaşan Cəlilov ilk izdivacına görə peşman olduğunu etiraf edib.
"Atam həmişə deyirdi ki, hələ Röya ilə ailə qurmamışdım. Bir dəfə harasa gedib əyləşmişdik. Məkanın səhnəsi də vardı. Mənə acıqlı idi. Dedi ki, səhnədəki qızı görürsən, necə qəşəng qızdır? Dedim hə. Sənin həyat yoldaşın o deyil. Burada digər sırada olan xanımlardan biri həyat yoldaşın olmalıdır. Müğənnidən arvad olmaz yəni. O söz beynimdə qaldı. Röyadan boşanandan sonra başıma vurdum. Axı mənə deyirdilər... Sevgi istənilən şəxşə yarana bilər. İndi fikirləşirəm ki, sevgi-məhəbbət niyə lazım idi?". (milli.az)