Bitcoin nədir, Bitcoin Haqqında
Blog
02.03.2021 05:32
824

Bitcoin nədir, Bitcoin Haqqında

Loading...

"Bitcoin" haqqında hərşey

Bitcoin, Satoshi Nakamoto adlı kişi və ya grup tərəfindən 2008-ci ildə elan edildi ve 2009’un başlağıcında ortaya çıxarıldı.

17.12.2017 ci il tarixində '20.078 $' satış qiyməti ilə tarixi bir rekorda imza atdı. 

Bitcoin, Ölkəmizdə çox tanınmasada xarici ölkələrdə çox dəyər alıb tanınmışdır. Azərbaycanda da tədricən tanınmağa başlayan Bitcoin, dünya üçün çox əlverişli valyuta növüdür. Bu valyutaheç bir mərkəzi olmayan virtual bir valyutadır. Satoshi Nakamoto tərəfindən 2008-ci ildə yaradılmış bu valyuta qlobal bazarlarda dollar və avroya alternativ olaraq təqdim edilir. Bitcoin-nin Simvolu "฿" ,  qısa adı isə BTC-dir.

Bitcoin-in əsas vacib xüsusiyyəti ondan ibarətdir ki, mərkəzi bank belə daxil olmaqla hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Buna görə də, valyutaların qiymət hərəkəti Bitcoin-ə heç zaman təsir etmir. Onun dəyəri bazarda tələb və təklif şərtlərinə əssən müəyyən edilir. Tələb artdıqca, qiymətidə artır, azaldıqda isə dəyəri aşağı düşür. Bitcoin virtual dövriyyəsi olan bir valyuta olduğuna görə, insanların öz şəxsiyyətlərini açıqlamadan pul göndərə bilir. Bu sistem sizin şəxsiyyətinizi tamamilə məxfi saxlayaraq, İnternet üzərindən alış-veriş və ya investisiya etməyə imkan verir.



Bitcoin Necə İstehsal Edilir?

Bu sual “Bitcoin nədir?” sualından sonra soruşa biləcəyiniz ən vacib məsələdir. Çünki pullar dövlətlər tərəfindən dövriyyəyə verilir, Bitcoin-in dövlətlərlə heç bir əlaqəsi yoxdur. Bəs bitcoin necə istehsal olunur və bunu kim edir? Əlbəttə ki, Kompüterlər. Bitcoin istehsalına “mayninq” yəni (mining) deyilir. Virtual “mayninq” üsulu ilə verilmiş 16 simvolu kodlaya bilən kompüterlər Bitcoin qazanır.


Bitcoin Necə Qazanılır?

Heç bir məbləğ ödəmədən Bitcoin hesabı açmalısınız. Virtual cüzdanınızı (bir və daha çox virtual cüzdan yarada bilərsiniz) yaratdıqdan sonra, Bitcoin şəbəkəsinin əməliyyatlarını təsdiqləmək üçün kompüterdə riyazi əməliyyatlar etməlisiniz. Bitcoin üçün bilik və həmçinin kompüterinizə güvənməlisiniz. Bitcoin əməliyyatları yalnız kompyuterinizin təchizatı ilə aparılır. Kompüteriniz nə qədər güclü olarsa, performansınız da o qədər yaxşı olacaq. Bitcoin əməliyyatları üçün xüsusi hazırlanmış sistemləri ala həmçinin  icarəyə götürə bilərsiniz. Bu barədə bilmədiyiniz halda, “mayning hovuzlarına” (Bitcoin hovuzları kimi tanınır) qoşularaq gəlirinizi artıra bilərsiniz. “Mayning hovuzları” çoxdur. Bir blokdan daxil olan ümumi gəlirlər hovuz iştirakçıları arasında xüsusi bir formula əsasında paylanılır. Bir növ kompüterinizin gücünü digər istifadəçilərlə paylaşaraq qazanacaqsınız. Bitcoini əldə etmək üçün mövcud pulunuzu müəyyən bir valyuta məzənnəsindən dəyişə bilərsiniz və yaxud Bitcoin satan sistemlərdən də əldə edə bilərsiniz.

Bitcoin haqqında daha ətraflı, Videonu izləyin


bitcoin nədir
bitcoin haqqında
bitcoin almaq
bitcoin satmaq
bitcoin qiyməti
bitcoin
bitcoin istehsalı
bitkoin
Loading...
close
close