
Bir neçə saata mədənizi və boğazınızı sağaldın - Lavaşana turşusu - FOTOLAR
Bu təamın hazırlanması, faydası və saxlanılma qaydası bir çoxlarımız üçün olduqca maraqlıdır.
Suallarımıza cavab tapmaq üçün “Lavaşana turşu”su satılan məkanlarından birinə üz tutduq.
Orada Dilbər nənə ilə həmsöhbət olduq. Onun sözlərinə görə, bu turşunu hazırlamaq elə də asan deyil.
“30 ildir ki, bu işlə məşğulam. “Lavaşana turşu”su alça, gavalı, bəzən də ərikdən hazırlanır. Məsələn, götürək elə alça turşusunu. Öncə alçaları bişirmək lazımdır. Bişdikdən sonra onu aşsüzəndə süzürük. Çəyirdəyini çıxarıb meyvəsini əzirik. Suyunda həll olmuş çöküntüsündən nar şərab kimi qatqı hazırlayırıq. Əzdiyimiz meyvəsini isə salafanda içərisinə qoyub üstünü yağlayırıq. Daha sonra meyvənin əzilmiş hissəsini siniyə yayırıq. Sonra isə günəşin altına qoyub 2-3 gün, bəzən də 4-5 gün gözləyirik. Bir üzü quruduqdan sonra lavaşı digər üzünə çevirib həmin üzün də qurumasını gözləyirik. Ümumiyyətlə, “Lavaşana turşu”sunun yaxşı qurudulması vacibdir. Əks halda isə xarab olur”.
Qiymətinə gəlincə isə, Dilbər nənə elə də ucuz olmadığını söylədi:
“1 kq “Lavaşana turşu”sunun qiyməti 20 manatdır. Dənə ilə isə kiçik bağlamalarda 50 qəpiyə satılır”.
Onu da qeyd edək ki, “Lavaşana turşu”sunun faydası daha çoxdur. İlk növbədə boğaz və mədə bağırsaq xəstəliklərinə xeyirdir. Bu turşunun faydası var ki, ziyanı yoxdur.
- Sağlamlıq
- 25 May 2024