Bir FOTONUN HEKAYƏSİ:  Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir
İdman
27.08.2021 23:12
237

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı  üzərində dayanıb.

Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib.

Liston rinqdə üzü  üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əli neytral küncə getməkdən imtina edib. Rəqibinə tərəf  əyilərək qışqırıb: “Qalx və döyüş! Sən çox pis adamsan!"

Döyüşdən əvvəl, bir il əvvəl yaşadığı məğlubiyyətin qisasını almaq istəyən Liston favorit sayılırdı.

Məhəmməd Əlinin ikinci dəqiqədə etdiyi nokaut sensasiyaya çevrilir, çoxları sözün əsl mənasında baş verənlərə inanmır.

Listonun bu məğlubiyyəti barədə şayiələr yayılmağa başlayır.

Bir versiyaya görə, boksçu Əlinin əlaqəli olduğu "İslam milləti" təşkilatından olan insanlar tərəfindən qorxudulub. Digər tərəfdən, "təslim olmağa" mafiyaya olan borclar səbəb ola bilərdi.

Paylaş:
Loading...
Loading...