1Xbet
1Xbet
Bill Qeyts açıqladı: Bu tarixə qədər pandemiya bitəcək
Maraqlı
02.03.2021 04:47
3792

Bill Qeyts açıqladı: Bu tarixə qədər pandemiya bitəcək

Loading...

"Maykrosoft” kompaniyasının banisi Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

Sfera.az xəbər verir ki, Bill Qeytsin fikrincə, dünya 2022-ci ilə qədər normal vəziyyətə qayıda bilər.

"Problem ondadır ki, biz bütün planetdə pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik”, - deyə o bildirib.

Milyarderin sözlərinə görə, ABŞ artıq payız aylarında demək olar ki, normal vəziyyətə qayıdacaq. Bu zamana qədər bütün məktəblər açılacaq, restoranlar fəaliyyətini qismən bərpa edəcək və idman tədbirləri keçiriləcək. Lakin pandemiya üzərində yekun qələbə qazanmaq üçün vaksinasiya məsələsində bütün dünyaya yardım etmək lazımdır.

Bill Qeyts hələ ki, koronavirus əleyhinə preparatların yalnız varlı ölkələr üçün əlçatan olduğunu və Qeyts Fondunun vaksin istehsalının artırılması üçün əlavə müəssisələrin tikilməsi ilə məşğul olacağını qeyd edib.

Kanal.az

Bill qeyts
pandemiya haqqında
pandemiya xəbərləri
Loading...
close
close