Sosial şəbəkələrdə yayılan video insanların diqqətini çəkib.
Kanal.az xəbər verir ki, Türkiyədə keçirilən toy mərasimlərinin birində bəylə gəlin həyatının şokunu yaşayıblar.
Belə ki, məclisin ortasında "hamilə" qadın gələrək aləmi-birinə qatıb. Bəyin sevgilisi olduğunu iddia edən xanım qonaqların təəccüblü baxışlarına səbəb olub.
Daha sonra məlum olub ki, toya hücum çəkən "hamilə qadın" və digərləri şəhər teatrının aktyorlarıdır.
Onların bəy-gəlinlə etdiyi zarafat birmənalı qarşılanmayıb.
Müzakirələrə səbəb olan görüntüyə çoxsaylı şərhlər yazılıb.
/milli.az