Belarusda güclü partlayışlar baş verdi - Rusiya ordusu...
Bu gün gecə saatlarında Belarusun Qomel vilayətindəki “Zyabrovka” aerodromunda partlayışlar baş verib.
Kanal.az xəbər verir ki, bu barədə Belarus Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, aerodromda azı 8 partlayış olub.
Qeyd edək ki, avqustun 11-dən etibarən Rusiya Belarusla birgə atış təlimlərinə başlayacaq. Məhz həmin aerodromda da Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus təyyarələr yerləşdirilib.
- Dünya
- 11 Avqust 2022