Bayram Nurlunun bu ölkənin sabiq preizdenti ilə səmimi görüntüləri müzakirələrə səbəb oldu - FOTO

  • Şou biznes
  • 09 Dekabr 2025
69384a1fcdc7e202512251111
Azərbaycanlı fenomen Bayram Nurlu Gürcüstana səfəri zamanı maraqlı anlar yaşayıb. 

O, Tbilisidə yerləşən restorandan çıxdığı anda Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili ilə rastlaşıb. Həmin görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilərin marağına səbəb olub.

Kanal.az xəbər verir ki, Salome Zurabişvili 2018–2024-cü illərdə Gürcüstanın prezidenti olub və ölkənin ilk qadın dövlət başçısı kimi tarixə düşüb. O, siyasi fəaliyyəti ilə yanaşı, diplomatik karyerası ilə də tanınır.

Görüntülərin yayımlanması sosial mediada geniş müzakirələrə səbəb olub. (onlayn.media)

Oxşar xəbərlər