Bayden ABŞ-da fövqəladə vəziyyət elan etdi

  • Dünya
  • 06 İyun 2022 21:27
  • Oxunub: 189

ABŞ Prezidenti Co Bayden günəş batareyaları komponentlərinin yerli istehsalını genişləndirmək üçün Hərbi İstehsalat Aktını işə salıb və bir sıra Cənub-Şərqi Asiya ölkələrindən günəş batareyası idxalı tariflərini ləğv edib.

Kanal.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat paylaşılıb.

Qanun “təmiz enerji texnologiyalarının, o cümlədən günəş panelləri komponentlərinin yerli istehsalını sürətləndirmək üçün” imzalanıb.

Baydenin imzaladığı sənəd ABŞ-ın Kamboca, Malayziya, Tayland və Vyetnamdan komponentlərə çıxışı genişləndirərək günəş panelləri istehsalını asanlaşdıracaq. Qanun 24 ay ərzində müvafiq komponentlərin idxalını rüsumlardan azad edilməsini nəzərdə tutur.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...