"Azərbaycan partizan müharibəsinə başlayıb Xankəndi-Xəlfəli yolunu partlatmalıdır" - SENSASİON AÇIQLAMA
Qarabağdakı erməni separatçıları və onlara havadarlıq edən sülhməramlılar öz çirkin əməllərindən əl çəkmək istəmir. Belə ki, separatçılar sülhməramlıların havadarlığı ilə Xankəndi-Xəlfəli yolu vasitəsilə Qarabağa silah-sursat daşıyır. Laçın dəhlizində postumuzun qurulmasından sonra əli hər yerdən üzülən separatçılar indi də bu meşəlik yol vasitəsi ilə öz məkrli planlarını həyata keçirməyə çalışır. Bu isə Azərbaycanı ciddi addımlar atmağa sövq edir.
Kanal.az xəbər verir ki, mövzunu konkret.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycan parlamenti Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirmədiyi və üçtərəfli bəyannamənin 1, 4 və 9-cu bəndlərini icra etmədiyi üçün onların vaxtından əvvəl ölkədən çıxarılması haqda tələb qoymalıdır:
“Bunu mütləq gündəmə gətirmək lazımdır ki, sülhməramlılar onların qanunsuzluqlarını qəbul etmədiyimizi görsünlər. Yəni onlara ilin sonuna kimi vaxt verilməlidir. Bununla paralel olaraq qeyri-rəsmi formada Xankəndi-Xəlfəli yolunu minalamaq və partlatmaq lazımdır. Çünki o ərazidə ikinci yol yoxdur. Separatçılar və sülhməramlılar yalnız meşəlik ərazi olan Xəlfəli yolundan istifadə edərək silah-sursat daşıyırlar. Həmin yol birbaşa Xankəndi yoluna çıxır və o ərazidən keçən kəndlərin heç biri bizim nəzarətimizdə deyil. Azərbaycan Şuşanın kəndlərinə həmvətənlərimizin qayıtması ilə bağlı da məsələ qaldırmalıdır. Hazırda qayıtmaq imkanımız olmasa da, bu məsələni gündəmə gətirməliyik”.
Politoloq bildirib ki, rus sülhməramlılarına Azərbaycandakı “5-ci kolon” belə yanaşdıqca vəziyyət indiki kimi davam edəcək:
“Xankəndi-Xəlfəli yolunu Laçın yolundan düşərək asanlıqla minalamaq və partlatmaq olar. Çünki bu yol bizim nəzarətimizdədir. Bunun başqa yolu yoxdur. Təsəvvür edin ki, separatçılar hər silahla dolu keçən maşına görə 10 min dollar pul ödəyirlər. Hazırda orada daşnakları maliyyələşdirən qüvvələr var. Bu silahlılar təxribata qalxdıqca Azərbaycan ordusnun əsgərləri şəhid olur. Axı biz niyə yenidən şəhid verməliyik? Hazırda hüquqi əsas olsa da, milli maraqlar naminə antiterror əməliyyatlarını uzatmağa məcburuq. Amma həmin zonanı tanıyan mülkü şəxslər var. Azərbaycan sözügedən ərazidə partizan müharibəsinə başlaya bilər. Çünki erməniyə “çıx” deməklə dığalar bizim torpaqlardan getməyəcəklər”.
- Manşet
- 06 İyul 2023