Baş Prokurorluğun açıqlaması Arayik Arutyunyanı QORXUYA SALIB - XANKƏNDİDƏ TƏLAŞ

  • Ölkə
  • 16 Fevral 2022
Arayik Arutyunyan

Azərbaycan Respublikasının Baş Prokurorluğu Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın tezliklə həbs edilərək, məsuliyyətə cəlb olunacağını açıqlayıb.

Rəsmi Bakı Arayik Arutyunyanı 2020-ci ilin oktyabrında Gəncənin mülki əhalisinə qarşı həyata keçirilən dörd terror aktında ittiham edir.

Arayik Arutyunyanın axtarışa verildiyi də qeyd edilir. Rəsmi Bakı əmindir ki, “Arayik Arutyunyanın indiyədək məsuliyyətə cəlb edilməməsi sadəcə müvəqqəti vəziyyətdir və yaxın gələcəkdə, ən qısa zamanda o, əməliyyat-istintaq qrupu tərəfindən tutularaq hüquq-mühafizə orqanlarına təhvil veriləcək”.

KONKRET.az xəbər verir ki, Azərbaycan Baş Prokurorluğunun dünənki açıqlaması Xankəndidə təşvişə səbəb olub. Ermənistan KİV-ləri separatçıların rəhbərliyinin məsələni rəsmi İrəvanla müzakirəyə çıxaracağını bildirir.

“Joğovurd” qəzetinin bugünkü yazılarından belə məlum olur ki, Arayik Arutyunyanla bağlı dünənki açıqlama separatçıların başçısını ciddi şəkildə həyəcanlandırıb.

Qəzet xatırladır ki, Arayik Arutyunyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən yeganə şəxs deyil.

“Belə insanların sayı 300-ü ötür”, – “Jogovurd” qeyd edir.

Beynəlxalq axtarışa verilənlərin əsasən hərbçilər və yüksək vəzifəli şəxslər olduğunu xatırladan qəzet 300 nəfərlik siyahıda kimlərin yer aldığının dəqiq məlum olmadığını vurğulayıb./modern.az/

Oxşar xəbərlər