“Barsa”nın yeni prezidenti: “Messinin qalması üçün hər şeyi edəcəyəm”
Kanal.az TV, Maraqlı
09.03.2021 05:23
628

“Barsa”nın yeni prezidenti: “Messinin qalması üçün hər şeyi edəcəyəm”

Yenidən “Barselona”nın prezidenti seçilən 58 yaşlı Xuan Laporta Lionel Messinin komandadakı gələcəyi barədə fikirlərini açıqlayıb.

Bu barədə Xuan Laportaya yaxınlığı ilə tanınan jurnalist Fabrisio Romano “Twitter” hesabında yazıb.

“Mən Lionel Messiyə zəng edəcəyəm. Leonu qalmağa inandıra biləcəmmi? Hər şey ondan asılı olacaq. Mən əlimdən gələn, klubun iqtisadi imkanları çərçivəsində olan hər şeyi edəcəm ki, o, “Barsa”da qalsın”, - deyə X.Laporta bildirib.

Xatırladaq ki, Lionel Messinin “Barselona” ilə müqaviləsi cari ilin 30 iyununda başa çatacaq.

messi
futbolçular
futbol
messi ronaldo
Loading...
Loading...