"Banu Günel"in arxiv görüntüləri yayıldı - Tanımaq olmur - VİDEO

  • Şou biznes
  • 30 Dekabr 2025
695391b32dd46202512254747

"Space TV"də yayımlanan "Banu" verilişinin keçmiş aparıcısı Günel Həsənzadənin "Banu Günel" ləqəbi ilə tanındığı dövrə aid arxiv görüntüləri sosial şəbəkələrdə yayılıb və geniş marağa səbəb olub.

Kanal.az xəbər verir ki, sözügedən görüntülərdə onun aparıcılıq etdiyi verilişdən kadrlar yer alıb. Kadrlarda Günelin illər əvvəlki görüntüsü izləyicilər arasında müzakirələr yaradıb. Sosial şəbəkə istifadəçilərindən bəziləri aparıcını tanımaqda çətinlik çəkdiklərini bildiriblər. Hətta onlardan bəziləri tele-aparıcını müğənni Roza Zərgərinin gənclik illərinə bənzədib.

Arxiv video qısa zamanda diqqət çəkərək izləyicilər arasında nostalji hisslər yaradıb və Günelin televiziya karyerasının əvvəlki mərhələləri yenidən gündəmə gəlib. (milli.az)

Oxşar xəbərlər