64672f64be337202305231220

Bakının mərkəzində LGBT bayrağını kim ucaldıb? - FOTO

Paytaxtda Xaqani küçəsi 45 A ünvanında asılan LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) bayrağı müzakirələrə səbəb olub.

Bayraq Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin binası qarşısına asılıb.

BAKU.TV müzakirələrə səbəb olan bayraqla bağlı Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlayaraq məlumat almağa çalışıb.

Bildirilib ki, qurum bununla bağlı ictimaiyyətə rəsmi açıqlama verəcək.

Məlumat üçün bildirək ki, bu gün, yəni 17 may tarixi Homofobiya və Transfobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir.