Bakıdan ŞOK HƏMLƏ: Qısa müddətə Qarabağdan çıxacaqlar
Ölkə
25.08.2021 20:52
0

Bakıdan ŞOK HƏMLƏ: Qısa müddətə Qarabağdan çıxacaqlar

“Rusiya və digər qüvvələr bölgəni idarə etmək üçün bu münaqişəni yaratdılar və ondan istifadə etməyə başladılar. Müharibədən sonra bu cür davranışların sərgilənməsi onu göstərir ki, Rusiyadakı bəzi dairələr münaqişəni bu və digər formada saxlasınlar və bölgəni idarə etsinlər. Amma bir reallığı da görməliyik ki, vəziyyət bu cür davam etsə, bir müddət sonra bu münaqişə vasitəsilə bölgəni idarə etmələri üçün heç bir əsasları qalmayacaq. Çünki oradan ermənilərin kənara axını günbəgün güclənir”.

Kanal.az xəbər verir ki, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov belə açıqlama verib. O bildirib:


“Hazırda Xankəndində su qıtlığı var. Həmin fotoda da, aftafaya su dolduran sülhməramlının əksi yer alıb. Söhbət ondan gedir ki, erməniləri orada saxlamağa cəhdlər göstərirlər. Yəni onların arxasınca nə qədər aftafa daşısalar da, heç bir xeyri olmayacaq. Ermənilər artıq kiminsə qurduğu oyunu oynamaq istəmirlər. Orada həmin ermənilər qalacaqlar ki, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Digərləri isə, istər onlara aftafa apar, istəyirsən aparma, qaçacaqlar. Qısa müddətdə bunun şahidi olacağıq. Su yoxdur, işıqlar sönür və s. hadisələr baş verir ki, bunun nəticəsində orada yaşayanlar qaçırlar. Həm də onu görürlər ki, Azərbaycan ciddi şəkildə azad olunmuş ərazilərə qayıtmağa hazırlaşır. Görülən işlərin miqyasını görəndə başa düşürlər ki, onların orada gələcəkləri yoxdur".

 

Tofiq Zülfüqarovun sözlərinə görə, Azərbaycan tərəfindən güclü təzyiq var. Bunun nəticəsidir ki, Rusiya mətbuatında Azərbaycana qarşı güclü təxribatlar baş verir:

“Yəni ermənipərəst qüvvələr bəyanatlar verirlər və s. Hələlik Azərbaycan tərəfindən təzyiq güclənməkdədir. Azərbaycan israrlıdır ki, yuxarıda deyilən məsələ (Zəngəzur dəhlizi) öz həllini tapsın. Dəhlizin açılması bizim üçün prinsipial olaraq vacib məsələdir. Ermənilər bundan imtina etsələr, hesab edirəm ki, Laşın dəhlizinin vaxtından əvvəl geri alınması məsələsi gündəmə gələcək. Dediyim kimi, Laçın dəhlizi müddətli, Zəngəzur isə müddətsizdir. Yəni biz bu müddətdən əvvəl Laçın dəhlizinə nəzarətimizi bərpa edə bilərik”. / Teleqraf.com

Paylaş:
Loading...
Loading...