669f846da7599202407242237

Bakıdakı dəhşətin TƏFƏRRÜATI: Arvadı işdə olan kişi iki övladını bıçaqlayıb intihar etdi

Bakının Xəzər rayonu Binə qəsəbəsində atanın iki oğlunu bıçaqlayaraq onlardan birini öldürməsinin, daha sonra intihar etməsinin yeni detalları olub.

Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, cinayət baş verən zaman ailənin xanımı işdə olub. Həmin qadın növbəli işdə çalışır. Hadisədən sonra Rza Eyyubov özünə şüşə qırığı ilə xəsarət yetirib.

Qonşuların sözlərinə görə, ailə başçısı R.Eyyubov spirtli içki aludəçisi olub. O, dəfələrlə azyaşlı övladlarını döyüb, onları spirtli içki almağa vadar edib.

Qonşular ailənin 5-6 il əvvəl bu əraziyə köçdüyünü, R.Eyyubovun işləmədiyini, əsasən tibbi spirt içdiyini qeyd ediblər.

Hadisə zamanı ailənin üçüncü övladı qonşuya qaçmağa müvəffəq olub.