1Xbet
1Xbet
DIN Bakıda vəhşicəsinə döyülən qızlarla bağlı araşdırmaya başladı - YENİLƏNİB
Hadisə, Maraqlı
17.03.2021 10:21
921

DIN Bakıda vəhşicəsinə döyülən qızlarla bağlı araşdırmaya başladı - YENİLƏNİB

Loading...

Ötən gün Bakıda döyülərək yol qırağına atılan qızlar xəstəxanadan evə buraxılıb. 

Kanal.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Dəniz Vağzalının qarşısında baş verib. 

2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva Alim qızı tanıdıqları şəxslərlə mübahisə ediblər. Mübahisə zəminində kimliyi hələlik bəlli olmayan şəxslər tərəfindən döyülərək yol kənarına atılıblar. 

Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkim müayinəsi zamanı yaralılara bədənin müxtəlif hissələrinin sınığı, kəllə beyin travması diaqnozu qoyulub. Artıq yaralıların hər ikisi evə buraxılıb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır. Xuliqanlıq zəminində törədilən hərəkətlərin təfərrüatı tədqiqat araşdırmalarından sonra məlum olacaq.

Könül Cəfərli

09:00

Bakının Nəsimi rayonunda iki qadın vəhşicəsinə döyülüb.

APA xəbər verir ki, naməlum avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva amansızcasına döyülüb, daha sonra yol kənarında düşürülüb.

Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

döyülən qızlar
son xəbərlər
qiz davaları
Loading...
close
close