Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxsi polis axtarır - VİDEO

  • Ölkə
  • 29 Yanvar 2022
61f54527b17a0_1643460789_screenshot_20220129-164519_facebook

"Qara Qarayev" metrostansiyanın yaxınlığında əlində bıçaq küçədə gəzən şəxs təhlükəsizlik kameralarına düşüb.

Həmin şəxs əlindəki bıçaqla anidən Türkiyə bayrağının ipini kəsərək, ərazidən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Kanal.az-a bildirib ki, görüntülərdən məlumatlıdırlar, hazırda araşdırma aparılır.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakının Nizami rayonu, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında naməlum şəxsin əlindəki bıçaqla yolun kənarında dalğalanan Türkiyə bayrağının ipini kəsməsi barədə video yayılıb.

Oxşar xəbərlər