Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakıda 20 yaşlı Dərya Namiz qızı Ağayeva ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib.
Kanal.az xəbər verir ki, hadisənin təfərrüatları haqda onun yaxınları Baku TV-yə danışıb.
Qardaşının sözlərinə görə, sosial şəbəkələrdə yayılan məlumatların böyük qismi həqiqəti əks etdirmir. 20 yaşlı Dərya universitet tələbəsi olmayıb, o, pirsinq və tatu ustası işləyirmiş.
Hadisənin baş verdiyi gün qarpız yedikdən sonra vəziyyəti pisləşib.
***

Kanal.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.
Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.
D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.
Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.
Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.
Faktla bağlı araşdırmalar aparılır.
***