64351c786d3a3202304233816

Bakıda tamaşada maraqlı anlar: Aktrisa evlilik təklifi aldı - VİDEO

ƏSA Teatrının “Adamlar və siçanlar” tamaşasında maraqlı anlar yaşanıb.

Kanal.az xəbər verir ki, performansın sonunda teatrın aktrisası Aysel Feyziyevaya evlilik təklifi edilib.Ssenarist və aktyor Toğrul Eminli səhnəyə çıxaraq ona üzük təqdim edib və ailə qurmaq istədiyini dilə gətirib.

Maraqlı anlar bununla yekunlaşmayıb. Zalda oturan tamaşaçılardan biri də səhnəyə çıxıb və sevdiyi xanıma evlilik təklif edib. O, Toğrul Eminlidən cəsarət aldığını vurğulayıb.

Sözügedən anlar OLAY-ın kamerasına tuş gəlib.