Azərbaycanda yaşayan qız ona xəyanət edən oğlandan qeyri-adi şəkildə qisas alıb.
Kanal.az xəbər verir ki, milli.az-ın məlumatına görə qız oğlanın profilinin QR kodunu çap edərək şəhərin mərkəzindəki bir çox yerə yapışdırıb.
"Qızlar, Murad məni 3 ildir aldadırmış, sübutum da var. Onun profilini hər yerdə blok edin", - deyə çap edilən A4 vərəqində yazılıb.

Görüntülər sosial şəbəkələrdə yayılıb. Qadınlar qızın hərəkətinə haqq qazandırsa da, oğlanlar tərəfindən sərt tənqid olunublar.