Bakıda qəza: Küçələri su basdı - VİDEO
Ölkə
24.03.2021 16:12
266

Bakıda qəza: Küçələri su basdı - VİDEO

Loading...

Binəqədidə su borusu partladı. 

Kanal.az oxu.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib. 

Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı oxu.az-a açıqlamasında bildirib ki, artıq təmir işlərinə başlanılıb:

“Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür”.

Həmin görüntüləri təqdim edirik:

Loading...
close
close