Bakıda gənc qızı avtomobil vurdu
Hadisə
27.03.2021 23:54
460

Bakıda gənc qızı avtomobil vurdu

Loading...

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

“İnşaatçılar” metrostansiyasının yaxınlığında yolu keçən 1994-cü il təvəllüdlü Güləliyeva Fəridə Azər qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Loading...
close
close