Bakıda çoxmərtəbəli binanın lifti qırıldı: xəsarət alanlar var

  • Ölkə
  • 18 İyun 2022 11:43
  • Oxunub: 188

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb, xəsarət alanlar var.

Kanal.az Report-a istinadən xəbər verir ki, hadisə iyunun 17-si saat 22 radələrində paytaxtın Nizami rayon ərazisində yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.

Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çarpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...