6668a3b47c4b1202406242124

Bakıda binadan yıxılan doqquz yaşlı qızla bağlı DETALLAR

Bakıda doqquz yaşlı qız qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb.

Xezerxeber.az xəbər verir ki, autizm xəstəliyindən əziyyət çəkən azyaşlı qız ailəsi ilə birgə qohumlarıgilə qonaq gediblər. Elə hadisənin də bu mənzilin eyvanında axşam saatlarında baş verdiyi deyilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə dünən saat 18:08-də Binəqədi rayonu, Cəfər Xəndan küçəsində doqquzuncu mərtəbədən yıxılma səbəbilə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: