Türkiyə Azərbaycan

Bakı və Ankaranın möhtəşəm 2023 planı

Türkiyə V nəsil qırıcıların yaradılmasının vaxtını elan edib. Onlar 2023-cü ildə anqardan çıxarılacaq. Bu barədə Türkiyə Silahlı Qüvvələrinə Dəstək Fondunun baş direktoru Sadık Piyade bildirib.

Kanal.az xəbər verir ki, onun sözlərinə görə, təyyarənin istehsalı üzrə işlər sürətləndirilmiş templə davam edir. O qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi fond Kiprdəki sülhməramlı əməliyyatdan sonra Türkiyənin öz silahlarını istehsal etməsinə imkan yaratmaq məqsədi ilə yaradılıb. Ərdoğan qırıcı üzərində işlərin 2023-cü ilin sonuna qədər başa çatdırılması barədə göstəriş verib.

Qeyd edək ki, qırıcı həmkarlarından fərqlənir: o, radarlara yaxalanmır, uzun müddət havada qalır və bütün keyfiyyətlərinə görə “F-16” və ”F-35”-i üstələyir. Qırıcı tamamilə yerli imkanlar hesabına istehsal olunacaq.

Heç şübhəsiz ki, bu qırıcıların ilk alıcısı Azərbaycan olacaq. İki qardaş ölkənin yaxın perspektiv üçün artan hərbi gücü ilə istehsal olunan bu vasitələr iki dövlət üçün də çox əhəmiyyətlidir.